RİH başçısının Çatax kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Çatax kəndində keçirilib.
Çatax kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda iştirak edən Çatax kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Çatax kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.