RİH başçısının Çatax kəndində səyyar qəbul-görüşü keçirilib
Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun Çatax kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Çatax kəndində keçirilən səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həll edilib, araşdırma tələb edən məsələlər isə müvafiq qurumlara yönləndirilib və onların icrası nəzarətə götürülüb.
Kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






