RİH başçısının Bozalqanlı kəndində səyyar qəbul-görüşü keçirilib
24 iyul 2025 | 18:50
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Bozalqanlı kəndində səyyar qəbul-görüşü keçirilib.
Bozalqanlı kəndində keçirilən səyyar qəbul-görüşdə hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Bozalqanlı kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Bozalqanlı kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.






