Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Azaflı kəndində səyyar qəbulu keçirilib

22 yanvar 2025 | 17:58

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Azaflı kəndində keçirilib.

Azaflı kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən Azaflı kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Azaflı kənd sakinləri  təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Keçidlər