RİH başçısının Aşağı Quşçu kəndində səyyar qəbul-görüşü keçirilib
17 sentyabr 2025 | 19:27
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Quşçu kəndində səyyar qəbul-görüşü keçirilib.
Aşağı Quşçu kəndində keçirilən səyyar qəbul-görüşdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Aşağı Quşçu kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Aşağı Quşçu kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.






