Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Aşağı Mülkülü  kəndində səyyar qəbulu keçirilib

05 fevral 2025 | 18:04

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Aşağı Mülkülü kəndində keçirilib.

Aşağı Mülkülü kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən Aşağı Mülkülü kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Aşağı Mülkülü  kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər