Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Ağacqala kəndində səyyar qəbulu keçirilib

17 iyul 2025 | 18:50

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Ağacqala kəndində səyyar qəbulu keçirilib.

Ağacqala kəndində keçirilən  səyyar qəbul-görüşdə  rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Ağacqala  kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Ağacqala kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. 

Keçidlər