RİH başçısı Yuxarı Öysüzlü kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayonu Yuxarı Öysüzlü kəndində rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə səyyar qəbul-görüş keçirilib.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbənin tarixi əhəmiyyətindən bəhs etmiş, qələbədən sonra Qarabağ bölgəsində görülən bərpa-quuculuq işlərini və rayonumuzda həyata keçirilən infrastruktur layihələrini diqqətə çatdırmışdır.
Daha sonra Yuxarı Öysüzlü kəndinin sakinlərinin problemləri və onları narahat edən məsələlər dinlənilmişdir. Bəzi məsələlər yerində həllini tapmış, digərləri mərhələli həlli üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Kənd sakinləri keçirilən səyyar qəbulların yerlərdə vəziyyətin öyrənilməsi üçün vacib olduğunu bildirmiş, ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.