Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya"nın iclası keçirilib  

30 iyun 2022 | 18:37

Tovuz rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın iclası keçirilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda komissiyanın sədri və komissiya üzvləri iştirak ediblər.

İclasda Məmməd Məmmədov çıxış edərək uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından iclasın əhəmiyyətini vurğulayıb. İcra başçısı komissiyanın qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təmin olunmasında dövlət nəzarətini həyata keçirməli olduğunu qeyd edərək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələlərində komissiya üzvlərinin çox diqqətli olmaları və bu məsələyə həssaslıqla yanaşmalı olduqlarını bildirmişdir.

Müzakirələr əsasında keçən iclasın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, davranışına nəzarət etmək, qanunazidd əməllərin qarşısını almaq, göstərilən məsələlərdə komissiya üzvlərinin fəaliyyətini əlaqələndirməkdən ibarət olduğu qeyd edilmişdir.

Keçidlər