RİH başçısı Xatınlı kəndində səyyar qəbul-görüş keçirib
07 noyabr 2024 | 18:02
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Xatınlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Xatınlı kənd tam orta məktəbin ərazisində təşkil olunan səyyar qəbul-görüşdə idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Xatınlı kəndlərinin sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Xatınlı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.