Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

22 sentyabr 2026 | 17:31

Vətənə sonsuz sədaqətin və fədakarlığın rəmzi olan şəhidlərimizin müqəddəs xatirəsi Tovuzda dərin ehtiramla yad edilib.

“27 Sentyabr – Anım Günü” ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin üzvləri ilə birgə Tovuz şəhəri,  Cəlilli, Düz Cırdaxan, Bozalqanlı,Yuxarı Öysüzlü, Hacallı və Əlibəyli kəndlərində yerləşən şəhid məzarlarını ziyarət ediblər.

Şəhidlərin uyuduğu məzarlar üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub, onların qəhrəmanlığı və əbədiyaşar xatirələri qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunub. Bu ziyarət bir daha sübut etdi ki, xalqımız öz igid oğullarını heç zaman unutmur və onların əziz xatirəsi daim uca tutulur.

Ziyarət çərçivəsində şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb. Görüşlərdə şəhidlərimizin şərəfli irsinin qorunmasının və adlarının gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda  Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daim göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 

 

Keçidlər