RİH başçısı Türkiyədən müalicədən qayıdan Etiram Musayevi evində ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Türkiyədə müalicəsi başa çatan və Vətənə qayıdan rayonun Düz Cırdaxan kənd sakini birinci qrup müharibə əlili Musayev Etiram Nağı oğlunu evində ziyarət edib.
Qazimizlə söhbət zamanı RİH başçısı Məmməd Məmmədov onun ümumi sağlamlıq vəziyyəti, ölkəmizdə başlayan, daha sonra “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə davam etdirilən müalicəsi ilə bağlı ətraflı məlumat alıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı qazandığı qələbənin tarixi əhəmiyyətini vurğulayıb.
Etiram Musayev şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.