Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Tovuzun ucqar dağ kəndində səyyar qəbul keçirib

19 sentyabr 2022 | 18:34

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbulunu rayonun ucqar dağ kəndi olan və Ermənistanla sərhəddə yerləşən Qaralar kəndində keçirib.

Səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla icra olunan daxili və xarici siyasətdən bəhs etmiş, həmçinin son günlərdə Ermənistanla sərhəddə baş verən təxribatların qarşısının uğurla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulamışdır. İcra başçısı ölkədə həyata keçirilən bütün tədbirlərin mərkəzində insan amili dayandığını qeyd edərək bu istiqamətdə rayonumuzda görülən işlər barədə kənd sakinlərini məlumatlandırmışdır.

Kənd sakinlərini maraqlandıran məsələlər və problemlər dinlənilib, məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qaralar kəndinin sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər