RİH başçısı Tovuz şəhər 7 saylı körpələr evi- uşaq bağçasında olub
Ölkə rəhbərliyi tərəfindən bütün sahələrə olduğu ki, təhsil sahəsinə, xüsusilə məktəbəqədər təhsil müəssisələrinə diqqət-qayğı göstərilir və həmin müəssisələrin maddi-texniki bazası daim yenilənir, körpələr üçün daha yaxşı şərait yaradılır. Bunun məntiqi nəticəsi olaraq Tovuzda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələri daim diqqətdə saxlanılır. Müasir standartlara cavab verən və uşaqlar üçün hər cür şəraitin yaradıldığı məktəbəqədər təhsil müəssisələrindən biri də Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasıdır.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasını ziyarət edərək körpələr üçün yaradılan şərait, tibbi müayinə vəziyyəti, ərzaq təminatının mövcud vəziyyəti və qışa hazırlıq üçün görülən işlər ilə maraqlanıb.
Bağça müdiri və digər işçilər tərəfindən uşaq bağçasının ümumi vəziyyəti və yaradılan şəraitlə bağlı rayon rəhbərinə məlumat verilib. Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının kollektivi ölkədə uşaqların sosial müdafiəsinin gücləndirilməsi və məktəbəqədər təhsil müəssisələrinin ümumi şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.