RİH başçısı səyyar qəbul-görüşü Hunanlar kəndində keçirilib
04 dekabr 2025 | 18:29
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü Hunanlar kəndində keçirilib.
Hunanlar kəndində keçirilən səyyar qəbul-görüşdə aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Hunanlar kənd sakinləri onları narahat edən problemlər səsləndiriblər. Qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Hunanlar kənd sakinləri səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






