RİH başçısı səyyar qəbul-görüşü Düz Qırıqlı kəndində keçirib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşü rayonun Düz Qırıqlı kəndində keçirib.
Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbində keçirilən səyyar qəbulda rayon Polis Şöbəsinin rəisi, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, Düz Qırıqlı kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüşdür.
Düz Qırıqlı kənd sakinləri onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Müraciətlərin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi barədə aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə və regionların inkişafına göstərdiyi diqqət-qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.