Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı şəhid ailələrini ziyarət edib

16 sentyabr 2025 | 19:32

27 Sentyabr – Anım Günü ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə birlikdə Qovlar şəhəri, Əyyublu və Düz Qırıqlı kəndlərində şəhid məzarlarını ziyarət edib.

Ziyarət zamanı məzarların üzərinə güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Rayon rəhbəri şəhid ailələri ilə söhbət edərək sosial vəziyyəti ilə maraqlanıb, qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər