Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı rayonun Qəribli kəndində səyyar qəbul-görüş keçirib

01 iyun 2023 | 21:35

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə Qəribli kəndində səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəribli kənd İƏD üzrə nümayəndəliyinə daxil olan kəndlərin sakinləri onları narahat edən məsələləri səsləndiriblər. RİH başçısı mövcud problemləri aradan qaldırılması üçün lazımi tapşırıq və tövsiyələrini verib.

Qəbuldə iştirak edən kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. 

Keçidlər