RİH başçısı rayonun Hunanlar kəndində səyyar qəbul-görüş keçirib
11 dekabr 2024 | 18:19
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Hunanlar kəndində səyyar qəbul-görüş keçirib.
Hunanlar kəndində təşkil olunan səyyar qəbulda rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Hunanlar kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin aradan qaldırılması üçün RİH başçısı tərəfindən müvafiq idarə rəhbərlərinə tapşırıqlar verib.
Hunanlar kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.