Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı rayonun Əlibəyli kəndində səyyar qəbul-görüş keçirib

19 sentyabr 2024 | 16:34

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Əlibəyli kəndində səyyar qəbul-görüş keçirib.

Əlibəyli kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Əlibəyli kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti şəxslərə tapşırıqlar verilib.

Əlibəyli kənd sakinləri regionların sosial-iqtisadi inkişafı və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəldilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Keçidlər