RİH başçısı rayonun Düz Cırdaxan kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul görüşü rayonun Düz Cırdaxan kənd sakinləri ilə keçirib.
Tovuz Suvarma Sistemləri idarəsinin inzibati binasında təşkil olunan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov kənd sakinləri ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin regionların inkişafına yönəldiyini vurğulamış, həmin siyasətin davamı olaraq rayonumuzda müxtəlif sahələrin inkişafı istiqamətində genişmiqyaslı işlər görüldüyünü diqqətə çatdırmışdır.
Sonra kənd sakinlərinin müraciətləri və onları narahat edən məsələlər dinlənilib. Müraciətlərin həll olunması üçün aidiyyati qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Düz Cırdaxan kənd sakinləri rayonumuzda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.