Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı rayonun Bozalqanlı  kəndində səyyar qəbul-görüş keçirib

04 oktyabr 2023 | 17:16

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə   Bozalqanlı  kəndində səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri  iştirak ediblər.

Qəbul zamanı  Bozalqanlı kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. RİH başçısı mövcud problemləri aradan qaldırılması üçün lazımi tapşırıq və tövsiyələrini verib.

Qəbuldə iştirak edən Bozalqanlı  kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. 

 

 

 

Keçidlər