RİH başçısı rayonun Ağdam kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Ermənistanla sərhəd kəndlərindən biri olan Ağdam kəndində səyyar qəbul-görüş keçirib.
Ağdam kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Ağdam kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti şəxslərə tapşırıqlar verilib.
Ağdam kənd sakinləri regionların sosial-iqtisadi inkişafı və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəldilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.