Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı rayonun Ağbulaq kəndində səyyar qəbul-görüş keçirib

04 may 2023 | 18:27

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov  rayonun Ermənistanla sərhəd kəndlərindən biri olan Ağbulaq kəndində səyyar qəbul-görüş keçirib.

M.Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda Tovuz rayon Polis şöbəsinin rəisi, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Ağbulaq kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlər dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti idarə rəhbərlərinə  tapşırıqlar verilib.

Ağbulaq kənd sakinləri regionların sosial-iqtisadi inkişafı və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəldilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

 

Keçidlər