Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Qaradaş kəndində səyyar qəbul-görüş keçirib

06 iyul 2023 | 19:48

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qaradaş kəndində  növbəti səyyar qəbul-görüşü keçirilib.

Qaradaş kənd ümumi orta məktəbin ərazisində təşkil olunan səyyar qəbul-görüşdə  idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbul-görüşdə iştirak edən  Qaradaş, Qayadibi və Qonaqlı  kəndlərinin sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

 

Keçidlər