Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Məmməd Məmmədov Qaraxanlı kənd sakinləri ilə səyyar qəbul-görüş  keçirib

10 oktyabr 2024 | 18:19

         Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Qaraxanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

         F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbulda Milli Məclisin deputatı Nizami Səfərov, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

         Səyyar qəbul-görüşdə iştirak edən Qaraxanlı kənd sakinləri söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir.

         Qaraxanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

 

Keçidlər