Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Məmməd Məmmədov Hacıalılı kəndinin sakinləri ilə görüşüb

15 mart 2023 | 18:28

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Hacıalılı kəndində səyyar qəbul-görüş keçirib. Səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda Hacıalılı sakinləri onları narahat edən məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Ölkədə həyata keçirilən sosial islahatlardan razılıqlarını ifadə edən Hacıalılı kənd sakinləri dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər