RİH başçısı Məmməd Məmmədov Dondar Quşçu kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib
12 sentyabr 2024 | 18:54
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Dondar Quşçu kəndində səyyar qəbul-görüşü keçirilib.
Dondar Quşçu kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Dondar Quşçu kəndin sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Dondar Quşçu kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.