Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Koxanəbi kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib

25 iyun 2025 | 17:56

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Koxanəbi kənd sakinləri ilə keçirilib.

Koxanəbi kəndində keçirilən səyyar qəbul-görüşdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Koxanəbi kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Koxanəbi kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər. 

 

Keçidlər