Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Göyəbaxan kəndində səyyar qəbul keçirib

08 sentyabr 2022 | 18:53

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə RİH başçısı Məmməd Məmmədovun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarələrin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə rayonun Göyəbaxan kəndində səyyar qəbul-görüş keçirilib.

Əvvəlcə sakinlər qarşısında çıxış edən Məmməd Məmmədov qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini və ondan sonrakı dövrdə ölkədə inkişafın və tərəqqinin müşahidə olunduğunu vurğulamışdır. RİH başçısı respublikanın digər bölgələrində, o cümlədən Tovuz rayonunda da tikinti-quruculuq işlərinin davam etdiyini bildirmiş, görülən işlərin əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini qeyd etmişdir.

Səyyar qəbulda iştirak edən sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Məmməd Məmmədov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək səsləndirilən problemlərin mümkün həlli istiqamətində müvafiq tapşırıqlar vermiş, fərqli fəaliyyət dairələrinə daxil olan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən səyyar qəbulların xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər