Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Əhmədabad kəndinin sakinləri ilə səyyar qəbul-görüş keçirilib

25 may 2023 | 18:32

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə Əhmədabad kəndində səyyar qəbul-görüş keçirilib.

Əhmədabad kənd tam orta məktəbinin binasında baş tutan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda kənd sakinləri onları maraqlandıran məsələlər və problemləri diqqətə çatdırıblar. Bəzi müraciətlər yerindəcə həll olunub, digər məsələlər ilə bağlı müvafiq idarə və təşkilatlara lazımi tapşırıqlar verilib, icraları nəzarətə götürülüb.

Əhmədabad kəndinin sakinləri rayonunda görülən işlərdən razılıq edərək ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər