Şriftin ölçüsü :

Saytın rəngi :

    RİH başçısı Əhmədabad kəndində səyyar qəbul keçirib

22 aprel 2026 | 19:10

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əhmədabad kəndində səyyar-qəbulu keçirilib.

 Qəbulda  müvafiq idarə, müəssisə və təşkilatların rəhbər və məsul şəxsləri iştirak ediblər.Qəbul zamanı əsasən sosial, infrastruktur və məişət xarakterli problemlər müzakirə olunub. Müraciətlərin bir hissəsi dərhal həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

 Kənd sakinləri səyyar qəbulun onların müraciətlərinin vaxtında dinlənilməsi və problemlərin operativ həllinə imkan yaratdığını bildiriblər. Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər