Şriftin ölçüsü :

Saytın rəngi :

RİH  başçısı Düz Cırdaxan kəndində səyyar qəbul-görüş keçirib

06 fevral 2025 | 18:19

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Düz Cırdaxan kəndində keçirilib.

Düz Cırdaxan kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəbulda iştirak edən Düz Cırdaxan kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Qaldırılmış məsələlərin bir qismi yerində həll olunub, digərlərin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Düz Cırdaxan kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər