Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Bayramlı  kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirib

29 yanvar 2026 | 18:58

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən Bayramlı kəndində vətəndaşların müraciətlərinin birbaşa yerində öyrənilməsi məqsədilə səyyar qəbul keçirilib.

Qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul kənd sakinləri ilə açıq və qarşılıqlı dialoq şəraitində keçirilib.

Bayramlı kənd sakinləri səyyar qəbul-görüşlərin vacibliyini qeyd edərək onları narahat edən sosial, infrastruktur və digər məişət xarakterli məsələləri dilə gətiriblər. Səslənən müraciətlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Bayramlı kənd sakinlər görüşün sonunda vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər