RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan Asiman Məmmədrzayevi evində ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yaralanan, müalicəsi davam edən və müvəqqəti evə buraxılan Tovuz rayonu Qovlar şəhəri sakini Məmmədrzayev Asiman İsmixan oğlunu ziyarət ediblər.
RİH başçısı yaralı hərbiçimizin ümumi sağlamlıq vəziyyəti, davam edən müalicəsi və ailəsinin məişət qayğıları ilə maraqlanıb, xüsusi təyinatlı qüvvələrin hərbiçisi olaraq Vətənin müdafiəsində göstərdiyi şücaətə görə təşəkkür edib.
Asiman Məmmədrzayev son təxribatlara cavab olaraq aparılan uğurlu döyüş əməliyyatlarında iştirakından danışıb, yaralandıqdan sonra dərhal respublika əhəmiyyətli hospitala aparıldığını və orada xüsusi diqqət gördüyünü bildirmiş, ona göstərilən xüsusi dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib.