Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan leytenant Fərid Zeynalovu evində ziyarət edib

04 oktyabr 2022 | 14:07

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan və müalicəsi bitdikdən sonra evə qayıdan Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini, leytenant Zeynalov Fərid Zahid oğlunu ziyarət ediblər.

RİH başçısı yaralı hərbiçimizin ümumi sağlamlıq vəziyyəti və məişət qayğıları ilə maraqlanıb, erməni təxribatının qarşısının alınması zamanı bir tibb xidməti rəisi olaraq göstərdiyi şücaətə görə təşəkkür edib.

Leytenant Fərid Zeynalov Vətən müharibəsi və son təxribatlara cavab olaraq aparılan uğurlu döyüş əməliyyatlarında iştirakından danışıb, yaralandıqdan sonra ona və bütün yaralanan hərbi qulluqçulara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsində leytenant Fərid Zahid oğlu Zeynalov N saylı hərbi hissənin tibb xidməti rəisi olaraq iştirak etmiş, Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində yaralanan hərbiçilərə tibbi yardım göstərmişdir.  Leytenant Fərid Zeynalov xidmətini yeni yaradılan komando hərbi hissələrinin birində davam edib, son təxribatlar zamanı Laçın istiqamətində yaralanıb və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra evə buraxılıb.

Keçidlər