RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan hərbiçilərin ailələrini ziyarət edib
26 sentyabr 2022 | 18:07
RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan hərbiçilərin ailələrini ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan Tovuz rayonu Dönük Qırıqlı kənd sakini baş leytenant Məmmədov Muraz Şahniyar oğlunun və Yuxarı Öysüzlü kənd sakini gizir Yusifov Vüqar Calal oğlunun ailələrini ziyarət ediblər.
RİH başçısı yaralı hərbiçilərimizin ümumi sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb, onlara Allahdan şəfa diləyib və hər iki ailənin məişət qayğıları və onları narahat edən məsələlər ilə maraqlanıb.
Ziyarət zamanı Muraz Məmmədov və Vüqar Yusifovun ailə üzvləri hərbiçilərimizin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib, həmçinin Vətən müharibəsi və son döyüşlərdə aparılan uğurlu əməliyyatlarda iştiraklarından danışıblar. Ölkə rəhbərliyi tərəfindən yaralılara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Muraz Şahniyar oğlu Məmmədov və Vüqar Calal oğlu Yusifov 44 günlük Vətən müharibəsində iştirak ediblər. Baş Leytenant Muraz Məmmədov Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Daşkəsən və Kəlbəcər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fəallıq göstərib gizir Vüqar Yusifov isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.