Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan hərbi qulluqçusu Samir Novruzovun ailəsini ziyarət edib

23 sentyabr 2022 | 18:04

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov, RİH başçısı aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri Tovuz rayon Cəlilli kənd sakini sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan və hazırda Bakı şəhərində yerləşən hərbi hospitalda müalicə alan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Novruzov Samir Mübariz oğlunun ailəsini ziyarət ediblər.

RİH başçısı ziyarət zamanı Samir Novruzovun ümumi sağlamlıq vəziyyəti ilə bağlı məlumat almış, ailənin məişət qayğıları və probelmləri ilə maraqlanmışdır. Hərbi qulluqçumuza şəfa diləyərək tezliklə ailəsinə qovuşmasını arzulamışdır.

Qeyd edək ki, Samir Mübariz oğlu Novruzov 44 günlük Vətən müharibəsinin də iştirak etmiş, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

 

Keçidlər