Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı yaralanan Firudin Bayramovu evində ziyarət edib

04 noyabr 2022 | 10:10

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, RİH başçısı aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri 8 noyabr Zəfər günü ərəfəsində cari ilin sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan və müalicəsi bitdikdən sonra evə qayıdan Tovuz rayonu Aşağı Mülkülü kənd sakini Bayramov Firudin İbadət oğlunu ziyarət ediblər.

RİH başçısı yaralı hərbiçimizin öz qanı-canı bahasına Laçın istiqamətində döyüşlərdə göstərdiyi şücaətə görə təşəkkür edib, Azərbaycan Ordusunun rəşadəti sayəsində ərazi bütövlüyümüzün təmin olunduğunu bildirmiş, hərbiçimizin ümumi sağlamlıq vəziyyəti ilə maraqlanmışdır.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbiçisi Firudin Bayramov özünün və döyüş yoldaşlarının keçdiyi çətin döyüş əməliyyatlarının uğurla başa çatdığını bildirmiş, bu sayədə erməni təxribatına layiqli cavab verildiyini vurğulamışdır. Firudin Bayramov döyüş əməliyyatlarında yaralanan hərbiçilərə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib.

Keçidlər