RİH başçısı Azərbaycan Birinciliyinin qalibi olan U-14 qızlardan ibarət “Turan” Voleybol komandası ilə görüş keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı voleybol üzrə Azərbaycan Birinciliyinin final mərhələsini uğurla başa vuraraq çempion adını qazanan U-14 qızlardan ibarət “Turan” Voleybol komandası ilə görüş keçirib.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı komandanı əldə etdikləri möhtəşəm qələbə – Azərbaycan Birinciliyinin qalibi olmaları münasibətilə səmimi qəlbdən təbrik edib. Bildirib ki, ölkəmizdə idmanın, xüsusilə də gənclər arasında voleybolun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verməkdədir. Bu uğurların təməlində Azərbaycan Respublikasının Prezidenti tərəfindən idmana və gənclərə göstərilən diqqət və qayğı dayanır. Qeyd olunub ki, belə nailiyyətlər rayonun idman həyatında mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün nümunədir.
Rayon rəhbəri idmançılara gələcək yarışlarda da yeni uğurlar arzulayaraq onların daha böyük qələbələr qazanacaqlarına inamını ifadə edib.
Daha sonra Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən komanda heyətinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.






