RİH başçısı Aşağı Quşçu kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə Aşağı Quşçu kəndində səyyar qəbul-görüş keçirilib.
Məmməd Məmmədov kənd sakinləri ilə görüş zamanı çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. RİH başçısı qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifah halı daim diqqətdə saxlanılır, regionların sosial-iqtisadi inkişafı üçün tədbirlər görülür.
Sonra kənd sakinlərini maraqlandıran məsələlər və problemlər dinlənilib. Bəzi müraciətlər yerindəcə həll olunub, digər məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Aşağı Quşçu kənd sakinləri əhalinin sosial-rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.