Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Aşağı Mülkülü kəndində səyyar qəbul keçirib

02 mart 2023 | 17:52

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşü rayonun Aşağı Mülkülü kəndində keçirilib.

H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb, məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.

Kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıq edərək, cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

 

 

Keçidlər