Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Alakol kəndində səyyar qəbul keçirib

25 yanvar 2023 | 09:04

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşü Alakol kənd İƏD üzrə nümayəndəliyi əhatə edən kəndlərin sakinləri ilə keçirib.

N.Sadıqov adına Alakol kənd tam orta məktəbində keçirilən qəbulda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Məmməd Məmmədov ölkədə uğurla həyata keçirilən dövlət siyasətinin əhalinin sosial vəziyətinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirmiş, cari ildə sosial sahədə qəbul edilən qərarları, bu istiqamətdə görülən işləri diqqətə çatdırmışdır.

Daha sonra qəbulda iştirak edən Alakol, Aşırallar, Köhnəqala və Məşədilər kəndlərinin sakinləri onları narahat edən məsələləri və problemləri dilə gətirmişlər. Səsləndirilən məsələlərin həlli istiqamətində lazımi tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Keçidlər