Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Ağbulaq kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib

10 iyul 2025 | 20:12

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Ağbulaq kəndində səyyar qəbul-görüşü keçirilib.

Ağbulaq kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Ağbulaq kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Ağbulaq kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər