RİH başçısının Abulbəyli kəndində səyyar qəbul-görüşü keçirilib
09 yanvar 2025 | 17:29
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Abulbəyli kəndində səyyar qəbul-görüşü keçirilib.
Abulbəyli kəndində təşkil olunan səyyar qəbul-görüşdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyər qəbul-görüşdə iştirak edən Abulbəyli kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Abulbəyli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.