Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzeti: Taxıl biçini davam etdirilir

24 iyul 2025 | 10:38

Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, taxılçılğın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Coğrafi mövqeyi dağlıq, dağətəyi və aran ərazilərə malik olan rayonun aran bölgəsində taxıl biçini başlayıb.

Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə geniştərkibli müşavirə keçirilmişdir. Biçinin optimal müddətdə, eyni zamanda itkisiz başa çatdırılması üçün adiyyatı orqanlara lazımi göstəriş və tapşırıqlar verilmişdir. Biçinin normal aparılması üçün rayonda bütün zəruri tədbirlər həyata keçirilmişdir. Taxılçılıqla məşğul olan fermerlər təlimatlandırılmış, yanğından mühafizə qaydalarına riayət etmələrinə dair ciddi göstəriş və təlimatlar verilmişdir. Biçin aparılan sahələrə su, yanğından mühafizə avtomobilləri, eləcə də digər texnikalar cəlb olunmuşdur. Cari ilin məhsulu üçün rayonda 12075 ha taxıl sahəsinə yüksək səviyyəli aqrotexniki qulluq göstərilmişdir. 12054 ha payızlıq, 21 ha yazlıq səpin becərilmişdir. Ümumi əkin sahəsinin 10070 hektarı payızlıq buğda, 1984 hektarı payızlıq arpa becərilmişdir. Qeyd etmək lazımdır ki, rayonun dağlıq bölgəsində 4593 ha sahədə biçinə hazırlıq görülür. Bunun 3577 hekatrı buğda, 1016 hektarı isə arpa sahələridi. 7461 hektar suvarılan sahənin 6493 hektarında buğda, 968 hektarında arpa becərilib. 3100 hektar buğda sahəsindən 13145 ton məhsul əldə olunmuşdur. "Sarı kəhrəba"nın biçini davam etdirilir, gözlənildiyindən də artıq məhsul əldə olunur. Hər hektardan orta hesabla 45.6 sentner yüksək keyfiyyətli buğda biçilib. Arpa biçini başa çatdırılmış, hər hektardan 37.4 sentner olmaqla cəmi 7430 ton məhsul tədarük edilib. Tovuzda taxıl biçinini vaxtında başa çatdırmaq üçün taxıl biçən kombayn və digər texnikalar texniki baxışdan keçirilərək saz vəziyyətə gətirilmişdir. Rayonda taxıl biçini uğurla davam etdirilir, yaxın günlərdə başa çatdırılacaq.

Vəli VƏLİYEV,

"Respublika".

 

Keçidlər