Rayon İcra Hakimiyyətinin başçısının Böyük Qışlaq kəndində səyyar qəbul-görüş keçirilib
25 aprel 2025 | 15:52
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Böyük Qışlaq kəndində keçirilib.
Böyük Qışlaq kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda iştirak edən Böyük Qışlaq kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Böyük Qışlaq kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək ölkə Prezidentinə təşəkkürlərini bildiriblər.