Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Yanıqlı kəndində səyyar qəbul-görüş keçirib

06 mart 2025 | 18:18

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Yanıqlı kəndinin sakinləri ilə keçirib.

Yanıqlı kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən Yanıqlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Yanıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək ölkə Prezidentinə təşəkkürlərini bildiriblər.

 

Keçidlər