Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ağdam kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib
17 oktyabr 2024 | 15:55
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Ağdam kəndində keçirilib.
Ağdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Ağdam kənd sakinləri müraciətlərini səsləndiriblər. RİH başçısı müraciətlər həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
Ağdam kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.