Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yuxarı Öysüzlü kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşünü rayonun Yuxarı Öysüzlü kənd sakinləri ilə keçirib.
Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbin binasına keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbula iştirak edən Yuxarı Öysüzlü kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.